Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu kəskin artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu kəskin artıb
# 20 iyun 2011 14:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə ümumilikdə 10 583,144 mln. ABŞ dolları dəyərində 1 345 adda mal ixrac edilib. Bu dövrdə ölkəyə 5 053 adda 3 489,684 mln. dollarlıq mal gətirilib.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarətin 82,32%-i və ya 11 584,162 mln. dolları uzaq xarici ölkələr, 17,68%-i və ya 2 488,666 mln. dolları isə MDB ölkələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə uzaq xarici ölkələrlə ticarət dövriyyəsi 28,8%, MDB ölkələri ilə 57% artıb.

Komitədən bildirilib ki, hesabat dövründə Azərbaycandan ixracın 86,42%-i və ya 9 146,3 mln. dolları uzaq xarici ölkələr, 13,58%-i və ya 2 488,666 mln. dolları MDB ölkələrinin payına düşüb.

Ölkəyə idxalın 69,86%-i və ya 2 437,863 mln. dolları uzaq xarici ölkələr, 30,14%-i və ya 1 051,821 mln. MDB ölkələrinin payına düşüb.

Ötən illə müqayisədə uzaq xarici ölkələrlə aparılan ticarət əməliyyatlarında yaranmış müsbət saldo 17,35%, MDB ölkələri ilə müsbət saldo 6,61 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR