Bank Of Baku

Azərbaycanın iri tikinti şirkəti istiqrazlarının yerləşdirmə müddətini 2 dəfə artırıb

Azərbaycanın iri tikinti şirkəti istiqrazlarının yerləşdirmə müddətini 2 dəfə artırıb
# 21 iyun 2011 06:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı tikinti şirkətlərindən olan «Akkord İnşaat-Sənaye» ASC 2010-cu ilin noyabr ayında emissiya etdiyi istiqrazların yerləşdirmə müddətini artırıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, sözügedən qiymətli kağızların yerləşdirmə müddəti 180 gündən 360 günədək artırılıb.

Qeyd edək ki, 2010-cu ilin noyabr ayının 4-də dövlət qeydiyyatına alınmış istiqrazların hər birinin nominal qiyməti 1 000 manat, sayı 50 min ədəd, ümumi həcmi isə 50 mln. manat təşkil edir. Tədavül müddəti 3 il (1095 gün) olan istiqrazların gəlirliyi illik 12,5% təşkil edir. Emissiyanın anderrayteri rolunda «Texnika Capital Management» MMC çıxış edir. İstiqraz buraxılışında əsas məqsəd «Akkord İnşaat-Sənaye» ASC-nin fəaliyyətinin genişləndirilməsidir.

Xatırladaq ki, istiqrazların illik gəlirliyinin kifayət qədər yüksək olması şirkətin emissiya nəticəsində cəlb ediləcək vəsaitə ehtiyacının böyük olduğunu göstərir. Belə ki, faiz dərəcəsinin səviyyəsi emitentin investorların marağının artmasına yönəldilən əsas alətlərdən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR