Bank Of Baku

«DəmirBank»da pul köçürmələri üzrə növbəti lotereya tirajı keçirilib

«DəmirBank»da pul köçürmələri üzrə növbəti lotereya tirajı keçirilib
# 21 iyun 2011 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin pul köçürmələri üzrə uduş kampaniyasının 3-cü tirajında 16 qalib müştəri müəyyən edilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu müştərilərdən 1 nəfər 1 000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat udub.

Pul köçürmələri üzrə uduş kampaniyası 6 ay davam edəcək. Kampaniyanın növbəti tirajı iyulun 15-də keçiriləcək.

«DəmirBank»ın filiallarında «Western Union», «Coinstar», «Contact», «Blizko», «PrivatMoney», «Bıstraya Poçta», «Zolotaya Korona» və ya «Şimşək» sistemi ilə ən azı 300 manat, 300 ABŞ dolları, 300 avro və ya 9 000 Rusiya rublu məbləğində pul köçürən və ya alan müştərilər avtomatik olaraq uduş kampaniyasında iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir.

Bankın pul köçürmələri üzrə uduş kampaniyası çərçivəsində 48 müştəri artıq pul mükafatı qazanıb. Uduş kampaniyası ilə yanaşı «DəmirBank» tərəfindən digər aksiyalar da keçirilir. Belə ki, bankın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15 000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2 000 AZN/USD/EUR və ya 60 000 RUR olduqda müştəriyə 2 manatlıq mobil telefon danışığı kartı hədiyyə olunur.

Hazırda «DəmirBank»ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR