Bank Of Baku

«Turanbank» IFC-dən kredit cəlb edib

«Turanbank» IFC-dən kredit cəlb edib
# 21 iyun 2011 10:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Turanbank» ASC ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında kredit sazişi imzalanıb. «APA-Economics»in məlumatına görə, sənədi «Turanbank»ın İdarə Heyətinin sədri Nazim Sadıqov və IFC-nin baş meneceri Ed Stroderman imzalayıblar.

Tədbirdə iştirak edən bankın Müşahidə Şurasının sədri Fuad Musayev qeyd edib ki, kredit sazişinin şərtlərinə əsasən, IFC tərəfindən «Turanbank»a 5 il müddətinə 7 mln. ABŞ dolları həcmində kreditin ayrılması planlaşdırılır. Cəlb edilən kredit əsasən ölkədə kiçik və orta sahibkarlıqla bağlı layihələrin, xüsusən də kəndə təsərrüfatı, o cümlədən üzümçülük və digər sahələrin inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsinə sərf ediləcək.

Bankın İdarə Heyətinin sədri N.Sadıqov bugünkü kredit sazişinin imzalanması ilə IFC-nin «Turanbank» üzrə Korporativ İdarəetmə üzrə Pilot Proqramının icrasının tamamlandığını bildirib: «Bu proqramın tamlanmasına baxmayaraq, bank IFC-nin bu təcrübəsindən gələcəkdə də geniş istifadə edəcək».

Xatırladaq ki, təsisçisi 5 hüquqi və 21 fiziki şəxs olan «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyunun 1-nə bankın nizamnamə kapitalı 22 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR