Bank Of Baku

Hesablama Palatası Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsini araşdıracaq

Hesablama Palatası Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsini araşdıracaq
# 21 iyun 2011 11:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Hesablama Palatası Abşeron rayonunda mənzil-kommunal təsərrüfatına ayrılan vəsaitlərin necə xərcləndiyini araşdırıb. Araşdırmaların nəticələri Palatanın iyunun 20-də keçirilən Kollegiya iclasında müzakirə edilib.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, kollegiya iclasında Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil-kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi üzrə rəy və hesabat müzakirə edilərək təsdiq olunub. Bundan başqa, Palata izsizlərin sosial müdafiəsi ilə bağlı tədbirlərə ayrılan vəsaitlərin istifadəsini də araşdırıb.

“İlk dəfə iş axtaran və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramının icrası”nın auditi üzrə Rəy və Hesabatlar müzakirə edilərək təsdiqlənib. Kollegiya iclasının qərarları barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

Palatanın planlarına görə, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası da araşdırılacaq. Kollegiya iclasında bu səfirliyin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə Audit proqramına baxılaraq təsdiqlənib.

İclasda palatanın normativ-metodiki sənədlərində aparılmış dəyişikliklərə də baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR