Bank Of Baku

Böyük Britaniya daha Yunanıstana maliyyə yardımı göstərməyəcək

Böyük Britaniya daha Yunanıstana maliyyə yardımı göstərməyəcək
# 21 iyun 2011 12:16 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın sabiq xarici işlər naziri, Leyboristlər Partiyasından parlament üzvü Cek Stro avronun “tədricən öləcəyini”, avrozonanın isə hazırkı formada çox duruş gətirməyəcəyini bildirib.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bu bəyanatla C.Stro parlamentdə Yunanıstana maliyyə yardımı göstərilməsi məsələsi müzakirə olunarkən çıxış edib.

Böyük Britaniyanın baş naziri Devid Kemeronun rəsmi sözçüsü isə jurnalistlərə daha Yunanıstana maliyyə yardımı göstərməyəcəklərini söyləyib: “Yunanıstana avrozona ölkələri kömək etməlidir, Böyük Britaniya isə bu qrupa daxil deyil”.

Böyük Britaniyanın maliyyə naziri Corc Osborn da Yunanıstana kömək etməyə borclu olmadıqlarını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR