IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks may ayında istehsal edilmiş məhsulun dəyəri (2 635,9 mln. manat) mart ayında istehsal edilmiş məhsulun dəyərinə (2 292,3 mln. manat) bölünməklə hesablanıb.
İndeksin artması may ayında sənaye istehsalının əvvəlki ayla müqayisədə artımının aprel göstəricisindən üstün olmasını əks etdirir. Cədvəldən göründüyü kimi, indeksin dinamikasında böyük dəyişkənlik müşahidə olunur ki, bu da sənaye sektorunda müəyyən qeyri-sabitliyin göstəricisi kimi qiymətləndirilə bilər.