Bank Of Baku

Sabah Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşının yerləşdirilməsi keçiriləcək

Sabah Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşının yerləşdirilməsi keçiriləcək
# 04 iyul 2011 09:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin iyulun 5-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar 101,4083% qiyməti ilə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi - 2017-ci ilin dekabrın 11-dir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2010-cu ilin noyabrın 19-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Bu istiqrazların yerləşdirilməsinə 2011-ci ilin yanvarın 17-də başlanılıb və bu günədək 41 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR