Bank Of Baku

Azərbaycanda banklarda olan əmanətlərin həcmi mayda azalıb

Azərbaycanda banklarda olan əmanətlərin həcmi mayda azalıb
# 04 iyul 2011 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilən əhalinin əmanətlərinin həcmi 2011-ci ilin iyunun 1-nə 3 321,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 839,8 mln. manat və ya 33,8% artıb.

Eyni zamanda cari ilin əvvəlindən əmanətlərin həcmi 291,7 mln. manat və ya 9,6% artıb. Lakin may ayında əmanətlərin həcmi 37,2 mln. manat və ya 1,1% azalıb. Bu, cari il ərzində əmanətlərin ilk azalması halı olduğundan, azalmanın tendensiya xarakterli olduğu barədə nəticə çıxartmaq olmaz. Həmçinin bunun hər hansı tendensiya xarakterli səbəbləri barədə də danışmaq tezdir. Çünki əmanətlərin azalması bir sıra sistemə təhlükə olmayan və subyektiv xarakter daşıyan amillərlə bağlı ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR