Bank Of Baku

«Paşa Həyat»ın banklara və qiymətli kağızlara yatırdığı investisiyaların həcmi 10 mln. manata çatıb

«Paşa Həyat»ın banklara və qiymətli kağızlara yatırdığı investisiyaların həcmi 10 mln. manata çatıb
# 04 iyul 2011 09:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkətinin banklara və qiymətli kağızlara yatırdığı investisiyalarının ümumi həcmi 10 mln. manata çatıb. Bunu «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, bu vəsaitin 7 mln. manatı qiymətli kağızlara, qalanı isə müxtəlif banklara əmanət şəklində investisiya edilib.

N.İsmayılov bildirib ki, banklara yatırılan investisiyaların illik gəlirliyi banklardan asılı olaraq 9-10% təşkil edir.

Qeyd edək ki, «Paşa Həyat» sığorta şirkəti 2010-cu ilin noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralın 14-də verilib. Cari ilin iyunun 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR