Bank Of Baku

Mərkəzi Bank “Birlikbank” ASC-də iflas prosesinin başlanması üçün məhkəməyə müraciət edib

Mərkəzi Bank “Birlikbank” ASC-də iflas prosesinin başlanması üçün məhkəməyə müraciət edib
# 04 iyul 2011 12:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycan Respublikasının Mərkəzi Bankı bir müddət əvvəl lisenziyasını ləğv etdiyi “Birlikbank” ASC-ni məhkəməyə verib. APA-nın məlumatına görə, Mərkəzi Bank ASC qarşısında iflas proseduruna başlanılması barədə iddia qaldırıb. İşə əvvəlcə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində, sonra isə Bakı Apelyasiya Məhkəməsində baxılıb. İkinci instansiya məhkəməsinin hakimi Ülvi Mayılov işi apelyasiya baxışından çıxararaq yenidən əvvəlki instansiyaya göndərib.

İddiaya 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Birlikbank” ASC-nin lisenziyası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə bu ilin əvvəlində ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR