Bank Of Baku

Azərbaycanda bank aktivləri ilin əvvəlindən 8% artıb

Azərbaycanda bank aktivləri ilin əvvəlindən 8% artıb
# 04 iyul 2011 13:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin həcmi 2011-ci ilin iyunun 1-nə 12 972 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, aktivlərin həcmi son bir ildə 930,1 mln. manat və ya 7,7% artıb.

Eyni zamanda, cari ilin əvvəlindən aktivlər 318,8 mln. manat və ya 2,4% azalıb. Əsas azalma ilin I rübündə baş verib ki, həmin dövrdə məcmu azalma 659 mln. manata bərabər olub. Sonrakı iki ay ərzində tendensiya dəyişib və nəticədə, aprel ayında aktivlərin həcmi 120 mln. manat, may ayında isə 220,2 mln. manat artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR