Bank Of Baku

«Standard Insurance» sığorta şirkəti Nəqliyyat Nazirliyindən 8 min manatın ödənilməsini tələb edir

«Standard Insurance» sığorta şirkəti Nəqliyyat Nazirliyindən 8 min manatın ödənilməsini tələb edir
# 04 iyul 2011 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Standard Insurance» sığorta şirkəti Nəqliyyat Nazirliyini məhkəməyə verib. Bu barədə «APA-Economics»ə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsindən məlumat verilib. Məhkəmədən bildirib ki, sığorta şirkətinin əsas iddiasının mahiyyəti Nəqliyyat Nazirliyi tərəfindən şirkətə olan sığorta borcunun ödənilməsi ilə bağlıdır.

«Standard Insurance» şirkətinin hüquqşünası Emin Zeynalovun «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin mart ayında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində şirkət tərəfindən sığortalanmış avtomobil Nəqliyyat Nazirliyinin tabeliyində olan avtomobillə toqquşub. Nəticədə, qaydalara uyğun olaraq «Standard Insurance» şirkəti tərəfindən sığortalanmış avtomobilə müəyyən məbləğdə sığorta ödənişi edilib.

E.Zeynalov bildirib ki, müvafiq qaydalar çərçivəsində Nəqliyyat Nazirliyi tərəfindən mövcud hadisəyə görə reqres ödəniş edilməlidir. Lakin nazirlik bu ödənişi - 8 min manata yaxın vəsaiti ödəməkdən boyun qaçırır: «Nazirlik tabeliyində olduğu, qəza törədən avtomobilin başqa bir MMC-nin, yəni Nəqliyyat Nazirliyinin başqa bir qurumunun balansında olduğunu iddia edir. Ödənişdən yayınmaq üçün məhz bu kimi iddialar məhkəmənin sonuncu iclasını da tərəflərin razılığa gələ bilməməsi səbəbindən təxirə salıb».

E.Zeynalovun fikrincə, qəza törətmiş avtomobil nazirliyin digər qurumunun tabeliyində olsa da, Nəqliyyat Nazirliyi istənilən halda 8 min manata yaxın vəsaiti ödəməlidir. E.Zeynalov növbəti məhkəmə iclasının tarixini müvafiq məhkəmə tərəfindən elan ediləcəyini bildirib.

Xatırladaq ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Insurance» şirkəti 2002-ci ilin oktyabrından fəaliyyət göstərir. Şirkətin Bakıda və regionda iki nümayəndəliyi mövcuddur. Bundan başqa, şirkətin Tiflisdə (Gürcüstan) «Standard Insurance Georgia» adlı bir törəmə müəssisəsi də fəaliyyət göstərir. Hazırda şirkət 5 icbari və 24 növ könüllü sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR