Bank Of Baku

Azərbaycanda iyunda dövlət tərəfindən 8 mln. manat ipoteka krediti ayrılıb

Azərbaycanda iyunda dövlət tərəfindən 8 mln. manat ipoteka krediti ayrılıb
# 04 iyul 2011 13:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda əhaliyə İpoteka Fondunun (AİF) xətti ilə 8 mln. manat həcmində ipoteka krediti verilib. Bu barədə «APA-Economics»ə AİF-dən məlumat verilib. Ümumilikdə, 2011-ci ilin ilk 6 ayında 43,8 mln. manatlıq ipoteka kreditləri verilib. Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 293,7 mln. manata çatıb. Nəticədə, iyulun 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 32 manata çatıb. Müqayisə üçün bildirək ki, ilin əvvəlində bu rəqəm 27,2 manat, iyunun 1-də 31 manat olub.

İyun ayında AİF tərəfindən 4,6 mln. manatlıq kredit yenidən maliyyələşdirilib. Bu, may ayına nisbətən 40,3% azdır. Yanvar-iyun aylarında 33,4 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumilikdə, indiyədək verilən ipoteka kreditlərinin 209,4 mln. manatı və ya 71,29%-i təkrar maliyyələşdirilib.

İyun ayında dövlət büdcəsindən AİF-ə 1 mln. manat ayrılıb. Nəticədə, ilk yarım ildə büdcədən ipoteka məqsədləri üçün ayrılan məbləğ 5,6 mln. manata çatıb.

İyunda AİF 3 mln. manatlıq istiqraz buraxıb. Yanvar-iyun aylarında Fondun buraxdığı istiqrazların həcmi 41 mln. manata çatıb. Ümumilikdə, bu il fondun 60 mln. manatlıq istiqraz buraxması nəzərdə tutulub. İpoteka məqsədləri üçün dövlət tərəfindən ayrılan vəsaitlərin həcmi isə 14 mln. manat olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR