Bank Of Baku

Qazaxıstanda qızıl zavodu yaradılacaq

Qazaxıstanda qızıl zavodu yaradılacaq
# 05 iyul 2011 08:46 (UTC +04:00)
Bakı - APA-Economics. Qazaxıstanda vahid qızıl istehsalı zavodu yaradılacaq və hasilatla məşğul olan bütün şirkətlər xammalı bu zavoda təhvil verəcəklər. “APA-Economics”in “Bnews.kz” portalına istinadən xəbərinə görə, bu bəyanatla Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxış edib.

Onun sözlərinə görə, ölkədə qızıl hasilatı ilə məşğul olan şirkətlərin fəaliyyətini tənzimləmək üçün xüsusi qanun qəbul edilməlidir: “Bu qanun istehsalı artırmağa və istehsal olunan qızılın keyfiyyətini yüksəltməyə imkan verəcək”.

Hazırda Qazaxıstanda ildə 40 ton qızıl istehsal olunur. Hökumət perspektivdə bu göstəricini 70 tona çatdırmaq niyyətindədir. Ölkənin qızıl ehtiyatları isə 800 ton civarında qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR