«Bank Respublika» ipoteka kreditlərini ucuzlaşdırıb

«Bank Respublika» ipoteka kreditlərini ucuzlaşdırıb
# 05 iyul 2011 09:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» öz vəsaitləri hesabına maliyyələşdirdiyi ipoteka kreditləri üzrə faiz dərəcəsini azaldıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, indi kreditin məbləğindən və müddətindən asılı olaraq, faiz dərəcəsi illik 11-13% təşkil edir.

Qeyd edək ki, kreditin maksimal məbləği 250 min manat, müddəti isə 10 il ola bilər. Sifariş bank tərəfindən 3 iş günü ərzində baxılır.

«Bankın öz ipoteka proqramında məvaciblə yanaşı digər mənbələrdən əldə olunan gəlirlər də nəzərə alınır. Bu isə öz növbəsində müştərinin ödəniş qabiliyyətini artırır», - deyə bankdan bildirilib.

Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdar kapitalında «25%+1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR