Bank Of Baku

«PAŞA Həyat» sığorta şirkəti könüllü sığorta portfelini genişləndirir

«PAŞA Həyat» sığorta şirkəti könüllü sığorta portfelini genişləndirir
# 05 iyul 2011 10:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkəti bu ilinin ikinci yarısından xidmət göstərdiyi könüllü həyat sığortası növlərinin siyahısını genişləndirmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

M.Rüstəmovun sözlərinə görə, şirkət yaradılarkən onun strategiyasında sığorta portfelinin icbari sığorta növləri üzrə deyil, məhz könüllü sığorta növləri üzrə genişləndirməsi nəzərdə tutulub: «Könüllü sığorta növlərini inkişaf etdirmək şirkətin əsas prioritet sahələrindən biridir. Hazırda icbari sığorta bazarında müştərilərin cəlb edilməsi istiqamətində problemlər yaranıb, demək olar ki, bazar tükənib. Düzdür, deyilənə görə, Azərbaycanda 400 minə yaxın müəssisə fəaliyyət göstərir və bunun yalnız 30 minə yaxını «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə sığortalanıb. Bu 30 min müəssisə ilə demək olar ki, bazar tükənmiş hesab edilir».

M.Rüstəmov bildirib ki, icbari sığorta bazarının müştəri baxımından məhdud olduğu üçün şirkət könüllü sığorta növləri üzrə bazara yeni məhsullar çıxarmaq niyyətindədir. Belə ki, yaxın günlərdə şirkət «Həyatın yaşam sığortası» və banklar üçün yeni sığorta məhsulunun tətbiqinə başlayacaq.

Qeyd edək ki, «PAŞA Həyat» sığorta şirkəti 2010-cu ilin noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralın 14-də verilib. Cari ilin iyunun 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR