Bank Of Baku

BƏƏ Misirə 3 mlrd. dollar yardım edəcək

BƏƏ Misirə 3 mlrd. dollar yardım edəcək
# 05 iyul 2011 10:31 (UTC +04:00)
Bakı - APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Xəlifə ibn Zeyd ən-Nəhəyan Misirə 3 mlrd. dollar maliyyə yardımı ayrılması barədə göstəriş verib.

APA-Economics”in beynəlxalq xəbər agentliklərinə istinadən məlumatına görə, qərar Misirin baş naziri Assam Şərifin başçılıq etdiyi nümayəndə heyətinin Əbu-Dabiyə səfəri çərçivəsində qəbul edilib.

Bu vəsaitin yarısı BƏƏ prezidentinin adını daşıyan fondun yaradılmasına sərf olunacaq. Fond kiçik və orta biznes sahəsində layihələrin maliyyələşdirilməsi ilə məşğul olacaq, bu isə işsizliyin səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq.

Daha 750 mln. dollar mənzil tikintisinə və kommunal infrastrukturun inkişafına xərclənəcək, qalan vəsait isə müxtəlif layihələrə kredit şəklində veriləcək.

“Biz ərəb dünyasında tutduğumuz mövqe və rolu başa düşürük. Ona görə də qardaşlarımıza həmişə kömək göstərəcəyik” - deyə BƏƏ prezidenti öz qərarını şərh edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR