Bank Of Baku

Belarus baş nazirinin Bakıya səfəri çərçivəsində bir sıra sənədlər imzalanacaq

Belarus baş nazirinin Bakıya səfəri çərçivəsində bir sıra sənədlər imzalanacaq
# 05 iyul 2011 11:52 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Belarusun baş naziri Mixail Myasnikoviçin Bakıya səfəri çərçivəsində bir sıra sazişlər imzalanacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra hökumətlərarası və qurumlararası sənədlər imzalanacaq, Belarusun kənd təsərrüfatı texnikasının Azərbaycana ixracı ilə bağlı məsələlər müzakirə olunacaq: “O cümlədən “Logistik Group” şirkəti ilə “BelAZ” markalı karxana yük maşınlarının Azərbaycana idxalı ilə bağlı ilk müqavilə imzalanacaq Bu səfər Belarus və Azərbaycan arasında strateji əməkdaşlığın genişlənməsində əhəmiyyətli mərhələ olacaq”.

N.Patskeviç qeyd edib ki, səfər zamanı Azərbaycan və Belarus arasında diplomların qarşılıqlı tanınması haqqında saziş imzalanacaq: “Bu sənəd azərbaycanlı tələbələri Belarusda təhsil almağa təşviq edəcək. Hazırda Belarusda 200-ə qədər azərbaycanlı tələbə təhsil alır”.

Qeyd edək ki, Belarusun baş naziri Mixail Myasnikoviç iyulun 7-8-də Azərbaycanda səfərdə olacaq. onun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Belarusun İqtisadiyyat, Xarici İşlər, Sənaye, Nəqliyyat və Kommunikasiyalar, Tikinti və Arxitektura, Maliyyə nazirliklərinin nümayəndələri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR