Bank Of Baku

Səfir: “Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 7 dəfə artıb”

Səfir: “Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 7 dəfə artıb”
# 05 iyul 2011 12:13 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin həcmi 475 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 7,2 dəfə çoxdur. “APA-Economics”in xəbərinə görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycan neftinin Belarusa nəqli ilə əlaqədar iki ölkə arasındakı ticari-iqtisadi əməkdaşlığa yeni impuls verilib. Hesabat dövründə Belarus mallarının Azərbaycana ixracı 111,5 mln. dollar, Azərbaycandan idxal isə 363 mln. dollar olub.

N.Patskeviç qeyd edib ki, Belarusun ixracının əsasını maşınqayırma və ağac emalı, eləcə də ərzaq və məişət texnikası təşkil edir. Azərbaycandan isə Belarusa neft, kənd təsərrüfatı məhsulları və sintetik parçalar ixrac olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR