Bank Of Baku

Belarusun dövlət borcu 69% artıb

Belarusun dövlət borcu 69% artıb
# 05 iyul 2011 12:51 (UTC +04:00)
Bakı - APA-Economics. Belarusun dövlət borcu 1 iyun 2011-ci ilə 13 mlrd. dollar təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 68,5% çoxdur. “APA-Economics”in xəbərinə görə, bu barədə Belarus Dövlət Statistika Komitəsi (“Belstat”) məlumat yayıb.

Təkcə may ayında ölkənin borcu 2 dəfədən çox - 51,4% artıb. “Belstat” dövlət borcunun artmasının səbəbini açıqlamasa da, bunun xarici borclanma hesabına baş verdiyi bəllidir. Təkcə may ayında xarici dövlət borcunda 63,6% artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin may ayında Belarus hökuməti valyuta böhranının nəticəsi olaraq devalvasiya həyata keçirməyə məcbur olub. Son illər ölkənin dövlət borcu bir neçə dəfə artıb. 2009-cu ilin əvvəlində bu göstərici 3,7 mlrd. dollar, 2010-cu ilin əvvəlində 7,9 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR