Bank Of Baku

«AGLeasing» şirkətinin lizinqə verdiyi avadanlıqların dəyəri 3 mln. manatı ötüb

«AGLeasing» şirkətinin lizinqə verdiyi avadanlıqların dəyəri 3 mln. manatı ötüb
# 05 iyul 2011 13:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2011-ci ilin iyulun 1-nə 3,183 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 2,7 dəfə azalaraq 3,151 mln. manata, lizinq müqavilələrinin ümumi sayı isə 44% azalaraq 57-ə çatıb. Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində artım olmayıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital Investments Ltd.» və ABŞ-ın «Delta Trans Group LLC» şirkətləri çıxış edir. Cari ilin iyulun 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR