Bank Of Baku

Avropanın aparıcı sığorta şirkətlərinin rəsmiləri Bakıya toplaşır

Avropanın aparıcı sığorta şirkətlərinin rəsmiləri Bakıya toplaşır
# 05 iyul 2011 14:15 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.

ASA-dan bildirilib ki, xarici nümayəndələrin Bakıya səfərinin əsas məqsədi iyul ayının 7-8-də Bakıda keçiriləcək II Azərbaycan Beynəlxalq Sığorta Forumunda iştirak etməkdir. Foruma «Challenge Group», «Unity Re», «Eurasia», «Best Re», «İnqosstrax», «Everest Advisors UK Ltd.», «Avrasiya Reinsurance Broker», «Brussels Broker de Asigurare SRL», «Kapital Insurance», «JSL», «Societe de Courtage», «Pioneer Insurance and Reinsurance Brokers Pvt Ltd.», «AVP Reinsurance», «Transsib Re», «MARSH» və digər sığorta və təkrarsığorta təşkilatlarının rəhbər şəxslərinin qatılacağı gözlənilir.

«Azərbaycan sığorta bazarının inkişaf perspektivləri» mövzusunda keçiriləcək forumun məqsədi ölkənin sığorta bazarında baş verən dəyişikliklər haqqında məlumat vermək və beynəlxalq sığorta xidmətləri bazarında inteqrasiya prosesini inkişaf etdirməkdir. İkinci dəfə keçiriləcək beynəlxalq tədbirdə həmçinin dünya sığorta birliklərinin iştirakçılarının daha da yaxınlaşması, təcrübə mübadiləsinin aparılması, sığortaçıların iş görüşmələri və tərəfdaş münasibətlərinin genişləndirilməsi planlaşdırılır.
Forumun əsas mövzuları «İcbari sığorta», «Həyat sığortası» və «Banklar və onların sığorta bazarı ilə münasibətləri» olacaq. Tədbir zamanı aparılan müzakirələrdə Azərbaycanda əhalinin əmlakının artması, ölkənin maddi-texniki potensialının möhkəmlənməsi fonunda sığorta bazarının inkişafı üçün yaradılan şərait də diqqət mərkəzində olacaq.

Forumun təşkilatçıları rolunda Azərbaycan Sığortaçılar Assosiasiyası və Maliyyə Nazirliyi çıxış edir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR