Bank Of Baku

BVF-nin ilk qadın rəhbəri səlahiyyətlərinin icrasına başlayıb

BVF-nin ilk qadın rəhbəri səlahiyyətlərinin icrasına başlayıb
# 05 iyul 2011 14:39 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) yeni icraçı direktoru Kristin Laqard bu gündən səlahiyyətlərinin icrasına başlayıb.

APA-Economics”in xəbərinə görə, K.Laqard iyunun 28-də bu vəzifəyə seçilməklə BVF-nin ilk qadın rəhbəri olub.

Onun seçkilərdəki rəqibi Meksika Mərkəzi Bankının rəhbəri Aqustin Kartens olub. İndiyədək Fransanın maliyyə naziri postunu tutan K.Laqard qarşıdakı 5 ildə BVF-yə rəhbərlik edəcək.

Qeyd edək ki, BVF rəhbəri postu bu ilin mayında Dominik Stross-Kanın istefasından sonra boş qalıb. O, Nyu-Yorkda hotel xidmətçisinə təcavüz cəhdində suçlanaraq həbs olunub. Stross-Kan BVF-nin imicinə zərər gəlməməsi üçün dərhal istefa verdiyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR