Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının toplantısı keçiriləcək

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının toplantısı keçiriləcək
# 05 iyul 2011 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il iyul ayının 15-də Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, iclasda AKİA-nın bu ilin yanvar-iyun aylarında fəaliyyətinin yekunları, həmçinin kredit ittifaqlarının əsas maliyyə göstəriciləri üzrə hazırlanmış yarımillik hesabat müzakirə ediləcək.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir və hazırda 78 kredit ittifaqı qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR