Bank Of Baku

Azərbaycanın daha bir bankı xaricdə nümayəndəlik açıb

Azərbaycanın daha bir bankı xaricdə nümayəndəlik açıb
# 06 iyul 2011 07:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin Türkiyədə nümayəndəliyi açılıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nümayəndəlik Türkiyənin İstanbul şəhərində yerləşir.

Bankın İstanbul nümayəndəliyinin açılması Türkiyə bankları ilə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması və maliyyə əməliyyatlarının aparılması istiqamətində daha geniş imkanların əldə edilməsinə zəmin yaradır. «Texnikabank» artıq hər iki ölkənin bazarlarında fəaliyyət göstərən şirkətlərə öz məhsullarını təklif edir və bütün növ bank xidmətləri göstərir.

«Bankın strateji planında struktur bölmələrinin genişləndirilməsi prioritet hesab olunur. Belə ki, Türkiyə bazarı ilə yanaşı daha iki ölkə – Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin bank bazarına çıxmaq, müvafiq olaraq Moskva və Dubayda nümayəndəliyin açılması planlaşdırılır», - deyə bankın baş ofisindən bildirilib.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın 35 filialı və 633 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR