Bank Of Baku

Bu ilin I yarısında Rusiyadan xalis kapital axını 31 mlrd. dolları keçib

Bu ilin I yarısında Rusiyadan xalis kapital axını 31 mlrd. dolları keçib
# 06 iyul 2011 12:17 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin I yarısında Rusiyadan xalis kapital axını 31,2 mlrd. dollar təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Bankı açıqlama yayıb.

Kapital axınının 21,3 mlrd. dolları I rübdə, 9,9 mlrd. dolları II rübdə qeydə alınıb. Ötən ilin I yarısında ölkədən kapital axınının 11,5 mlrd. dollar olduğunu nəzərə alsaq, illik müqayisədə artım 2,7 dəfə olub.

Bu ilin ilk ayında Rusiyadan xalis kapital axınının 11,9 mlrd. dolları bank sektorunun, 19,4 mlrd. dolları isə digər sahələrin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR