Bank Of Baku

«Günay Sığorta» şirkəti son bir ildə ödənişləri kəskin azaldıb

«Günay Sığorta» şirkəti son bir ildə ödənişləri kəskin azaldıb
# 06 iyul 2011 12:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin 2011-ci ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 239,965 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 46% azdır.

Şirkətin baş mühasibi Həlimə Əliyevanın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 4,4 dəfə azalaraq 78,597 min manat təşkil edib.

Daxilolmaların strukturunda ən çox vəsait «Əmlakın yanğından və digər risklərdən sığortası» (117,418 min manat) və «Avtomobillərin kasko sığortası» (64,593 min manat) üzrə toplanılıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 49% və 27% təşkil edib.

Ödənişlərə gəldikdə isə, 55,332 min manat (məcmu ödənişdə payı 70%) «Avtomobillərin kasko sığortası», 9,413 min manat «Tibbi sığorta» (12%) və 6,270 min manat (8%) «Mülki məsuliyyətin könüllü sığortası» növləri üzrə ödənilib.

Xatırladaq ki, «Günay Sığorta» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalında 51% yerli, 49% xarici səhmdarlara məxsus olub. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir.

Şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR