Bank Of Baku

«DəmirBank» kredit proqramını genişləndirir

«DəmirBank» kredit proqramını genişləndirir
# 06 iyul 2011 13:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC mebel istehsalı və satışını həyata keçirən «Embawood» şirkəti ilə əməkdaşlığını genişləndirir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit proqramına əsasən, «Embawood» salonlarında müxtəlif növ mebeli 6 aydan 24 ayadək kredit şərtləri ilə almaq mümkündür.

Kreditin məbləği 300-5000 manat ola bilər. Kredit məbləği 3000 manatadək olarsa, ilkin ödəniş tələb edilmir, bundan artıq məbləğ üçün isə malın 10%-i dəyərində ilkin ödəniş zəruridir.

Kredit alan şəxsin ən azı 3 ay müddətində dövlət təşkilatında və ya sabit maliyyə durumu olan özəl müəssisədə iş stajı olmalıdır. Kredit şəxsiyyət vəsiqəsi və iş yerindən arayış əsasında verilir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR