Bank Of Baku

Azərbaycanda bank kreditləşməsi azalır

Azərbaycanda bank kreditləşməsi azalır
# 06 iyul 2011 13:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən həyata keçirilən kredit qoyuluşlarının ümumi həcmi 2011-ci ilin iyunun 1-nə 8 531,4 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 mln. manat və ya 0,2% azdır. Eyni zamanda, cari ilin əvvəlindən kredit qoyuluşları 440,4 mln. manat və ya 5% azalıb.

Kredit qoyuluşları üzrə müşahidə olunan azalma tendensiyası banklar tərəfindən kreditləşməyə ehtiyatla yanaşması ilə bağlı olsa da, ümumi baxımdan bank sistemində durğunluqdan xəbər verir. Böhran dövrünü müəyyən dərəcədə itkisiz keçirən Azərbaycan bank sistemi böhrandan sonrakı dövrdə kreditləşmə sahəsində ciddi problemlərlə üzləşib. Bu, bankların ehtiyatlı olmasından başqa, kredit alanlar arasında ödəniş qabiliyyətinin aşağı düşməsi və problemli kreditlərin artması kimi amillərin zəncirvarı reaksiyasının nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR