Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu ARDNŞ-ın törəmə müəssisəsinə 13 il müddətinə maliyyə vəsaiti ayırıb

Azərbaycan Dövlət Neft Fondu ARDNŞ-ın törəmə müəssisəsinə 13 il müddətinə maliyyə vəsaiti ayırıb
# 06 iyul 2011 14:20 (UTC +04:00)
Fonddan «APA-Economics»ə verilən məlumata görə, istiqrazın kastodial saxlanması Azərbaycan Mərkəzi Bankı tərəfindən təmin ediləcək.

Məlumatda deyilir ki, istiqrazın alınması Azərbaycan prezidentinin sərəncamı ilə 2010-cu ilin dekabrın 28-də təsdiq edilmiş «2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)» çərçivəsində həyata keçirilib. Belə ki, proqrama uyğun olaraq Neft Fondunun valyuta vəsaitləri Xəzər dənizində həyata keçirilən mədən hasilatı sənayesindən gəlirlərin alınmasına imkan yaradan və özü və ya əsas təsisçisi uzunmüddətli investisiya reytinqinə malik olan emitent tərəfindən buraxılan qiymətli kağızlara investisiya edilə bilər.

İstiqrazın yerləşdirilməsindən əldə olunan vəsait «Azerbaijan (EySC) Ltd.» şirkətinin Xəzər dənizinin «Azəri, Çıraq, Günəşli» yataqlarının işlənilməsi sazişində iştirak payının əlavə olaraq 1,6461% artırılmasına yönəldilir.

İstiqrazların ödəmə tarixi 2024-cü il dekabrın 31-i, istiqraz üzrə faiz dərəcəsi 6 aylıq LIBOR+1% təşkil edir.

Qeyd edək ki, istiqrazın emissiya prospekti Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2011-ci il iyulun 4-də dövlət qeydiyyatına alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR