Bank Of Baku

Yaxın günlərdə Azərbaycanda “İcbari sığortalar haqqında” qanun qüvvəyə minəcək

Yaxın günlərdə Azərbaycanda “İcbari sığortalar haqqında” qanun qüvvəyə minəcək
# 07 iyul 2011 07:48 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Bakıda keçirilən II Beynəlxalq Sığorta Forumunda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, bu qanunda ilk dəfə olaraq Azərbaycanda sığortalıların hüquqlarının daha səmərəli qorunması üçün İcbari Sığorta Bürosunun yaradılması planlaşdırılır: “Qanunda İcbari Sığorta Bürosunun təşkili və iş prinsipinə dair məsələlər də əks olunub. Büro qanun dərc edildikdən sonra 30 gün müddətində təsis olunmalıdır. Büroya icbarı sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının 5%-i həcmində ödəniş ediləcək”.

S.Şərifov qeyd edib ki, əvvəl varislərin sığorta ödənişlərini alması bir neçə ay çəksə də, qanun təsdiq edildikdən sonra varis ailə üzvü olması barədə sənəd təqdim etməklə bunu daha tez alacaq.

Nazirin sözlərinə görə, qanunda daşınmaz əmlakın və avtomobillərin icbari sığortası da nəzərdə tutulub: “Vətəndaş sığorta şirkətinə ildə 50 manat ödəməklə mənzili üçün 25 min manatlıq təminat əldə edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR