Bank Of Baku

Azərbaycan sığorta sahəsində elektron imzanın tətbiqinə hazırlaşır

Azərbaycan sığorta sahəsində elektron imzanın tətbiqinə hazırlaşır
# 07 iyul 2011 08:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev, Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığorta bazarında elektron imzanın tətbiqi üçün müvafiq qanunvericilik bazası hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifovun sözlərinə görə, müvafiq sənədlərin layihələri işlənib hazırlandıqdan sonra hökumət orqanlarına təqdim ediləcək. Müvafiq qanun layihəsinin artıq bu il parlamentə təqdim ediləcəyi ehtimal olunur.

Nazir bildirib ki, elektron imzanın tətbiqi sığorta şirkətlərinə sığorta müqavilələrini daha qısa zaman ərzində bağlamağa imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR