Bank Of Baku

Azərbaycanın valyuta ehtiyatları üzrə gəlirlik aşağı düşür

Azərbaycanın valyuta ehtiyatları üzrə gəlirlik aşağı düşür
# 07 iyul 2011 09:38 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bəyan edib.

S.Şərifov bildirib ki, hazırda dünya maliyyə bazarlarında vəziyyət mürəkkəbdir və bir sıra Avropa ölkələrində suveren borclar problemi daha da kəskinləşib. «Ümumilikdə dünya maliyyə sistemi hazırda suveren defoltların riski altındadır və söhbət bir ölkə deyil, bir neçə ölkədən gedir. Bu da öz növbəsində maliyyə bazarlarına mənfi təsir göstərir», – deyə nazir bildirib. Bu səbəbdən də dünyanın əsas ehtiyat valyutalarının emitenti olan ölkələrdə iqtisadi və maliyyə siyasəti əsasən iqtisadiyyatın artması və bununla paralel olaraq faiz dərəcələrinin aşağı səviyyədə saxlanmasının təmin olunmasından ibarətdir.

S.Şərifovun sözlərinə görə, bununla bağlı həmin ehtiyat valyutalarına yönəldilmiş Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları üzrə gəlirliyi azalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR