Bank Of Baku

Azərbaycanda beynəlxalq sığorta forumu keçirilir - FOTOSESSİYA

Azərbaycanda beynəlxalq sığorta forumu keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 07 iyul 2011 09:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək forum Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirin açılışında çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycanda sığorta bazarının tarixindən, son illərdəki makroiqtisadi vəziyyət və əsas göstəricilər haqqında məlumat verib, həmçinin sığorta bazarı üzrə göstəriciləri iştirakçıların diqqətinə çatdırıb. Dünya maliyyə böhranının sığorta bazarına mənfi təsir etdiyini bildirən nazir bu fonda Azərbaycanda sığorta şirkətlərinin kapitallaşmasının artdığını vurğulayıb. O qeyd edib ki, hazırda ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin məcmu nizamnamə kapitalı 150 mln. manata bərabərdir, halbuki 2003-cü ildə bu göstərici 18,4 mln. manat olub.

S.Şərifov çıxışında bildirib ki, 2006-cı ildən sonra ölkədə icbari sığorta növlərinin inkişafı istiqamətində ciddi işlər görülüb ki, bu işlərin nəticəsi artıq sığorta bazarının ümumi inkişafında əksini tapıb. Yaxın gələcəkdə sığorta bazarında bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur. O cümlədən, söhbət sığorta bazarında elektron imzanın istifadəsindən, bir sıra qanunvericilik və normativ aktların beynəlxalq standartlara uyğunlaşdırılmasından gedir.

Forumda çıxış edən «AzRe Təkrarsığorta» şirkəti İdarə Heyətinin sədri Çinqiz Mehdiyev Azərbaycan sığorta bazarının hazırkı vəziyyəti barədə ətraflı məlumat verib. Bundan əlavə o, sığorta bazarının cari il üçün proqnozlarını açıqlayıb. Belə ki, Ç.Mehdiyevin fikrincə, yanvar-may aylarında toplanmış 108 mln. manat sığrta haqlarına iyun-dekabr aylarında daha 110 mln. manatın əlavə olunacaı gözlənilir.

Həmçinin, tədbirdə Mərkəzi və Şərqi Avropa və MDB ölkələrinin sığorta bazarları üzrə araşdırma və tədqiqatlar aparan Rumıniyanın «Media XPRIMM» şirkətinin nümayəndəsi Oleq Duboçan çıxış edib. Qonaq sözügedən regionlarda sığorta bazarlarının 2009-2010-cu illərdəki vəziyyəti barədə danışarkən böhran nəticəsində bir sıra ölkələrdə sığorta bazarlarında artım templərinin azaldığını bildirib. Şirkətin hesablamalarına görə, Azərbaycanın MDB-nin sığorta bazarının (Rusiya istisna olmaqla) təxminən 4,1%-ə malikdir. MDB-də ən böyük sığorta bazarı olan Rusiyanın isə Birlik məkanında payı 88%-ə çatır. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Ukrayna və Qazaxıstan qərarlaşır, digər ölkələrin ümumi payı isə cəmi 1,1%-dir. O.Duboçan tərəfindən təqdim olunmuş cədvələ əsasən, Azərbaycanda adambaşına düşən sığorta haqlarının həcmi 17,1 avroya bərabərdir. Ümumilikdə, MDB məkanında ən analoji aşağı göstərici 1,6 avro (Qırğızıstan), ən yüksəyi isə 183 avrodur (Rusiya). Müqayisə üçün o bildirək ki, Avropada bu göstərici 1000-1100 avroya bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR