Bank Of Baku

MDB məkanında «White Card» sığorta sistemi yaradılacaq

MDB məkanında «White Card» sığorta sistemi yaradılacaq
# 07 iyul 2011 10:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sonuna kimi MDB məkanında avtonəqliyyat vasitələri sahiblərinin üçüncü şəxslər qarşısında məsuliyyətinin sığortası üzrə «White Card» sistemi yaradılacaq. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən II Azərbaycan Beynəlxalq Sığorta Forumunda iştirak edən Avstriyanın «AVUS» şirkətinin beynəlxalq məsləhətçisi Ulf Lemor bildirib.

Bu sistem MDB məkanında bir ölkədən digər ölkəyə vaxt itirmədən avtomobillə getməyə imkan verəcək. Qeyd edək ki, həmin sistem dünyada geniş yayılmış «Green Card» sisteminin prinsipləri əsasında fəaliyyət göstərəcək.

U.Lemorun sözlərinə görə, artıq bütün MDB ölkələri ilə bunun bağlı danışıqlar aparılır, lakin Azərbaycan məlum olmayan səbəblərə görə danışıqlarda iştirak etmir. Ümumilikdə, müvafiq sorğular 10 ölkəyə göndərilib və artıq 3 ölkədən müsbət cavab alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR