Bank Of Baku

«Kapital Bank» nizamnamə kapitalını artırır

«Kapital Bank» nizamnamə kapitalını artırır
# 07 iyul 2011 11:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Kapital Bank» ASC-nin hər birinin nominal dəyəri 10 manat olan 1 000 000 ədəd adi sənədli adlı səhmlərinin AZ100200515P seriyalı buraxılışının emissiya prospekti dövlət qeydiyyatına alınıb. Komitədən «APA-Economics»ə verilən məlumata görə, səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Beləliklə, 10 mln. manat olan emissiyanın yerləşdirilməsi nəticəsində Bankın nizamnamə kapitalı 33,3% artaraq 40 mln. manata çatdırılacaq.

Qeyd edək ki, 2011-ci ilin aprelin 1-nə «Kapital Bank»ın aktivləri 721,832 mln. manat, kredit portfeli 440,833 mln. manat, depozit portfeli 271,071 mln. manat, məcmu kapitalı 71,952 mln. manat təşkil edib.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «PAŞA Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR