Bank Of Baku

Azərbaycan biznesmenləri «bir pəncərə» sistemi hesabına ildə 13 mln. dollara qənaet edirlər

Azərbaycan biznesmenləri «bir pəncərə» sistemi hesabına ildə 13 mln. dollara qənaet edirlər
# 07 iyul 2011 11:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı sahəsində «bir pəncərə» sisteminin tətbiqi özəl sektora ildə 10-13 mln. ABŞ dolları həcmində vəsaitə qənaət etmək imkanı verib. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) «İnvestisiya mühiti üzrə məsləhət xidmətləri Layihəsi»nin rəhbəri İrina Niederberger bildirib.

Onun sözlərinə görə, qənaət olunmuş vəsaitlər həmin şirkətlərə investisiyalarının həcmini və yeni iş yerlərinin sayını artırmağa şərait yaradır. Ekspertin fikrincə, fiziki şəxslərin on-line rejimdə qeydiyyatına başlanması da həmin şəxslərin müəyyən vəsaitlərə qənaətinə imkan verəcək ki, bu da investisiya qoyuluşları artmasına və iş yerlərinin açılmasına yönələcək.

Qeyd edək ki, Vergilər Nazirliyinin öz qiymətləndirmələrinə görə, fiziki şəxslərin on-line qeydiyyatının tətbiqi ildə 1 mln. manata qənaət etməyə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR