Bank Of Baku

Yaxın günlərdə «Alfa Sığorta»nın Müşahidə Şurasa yeni sədrin təyin olunacağı gözlənilir

Yaxın günlərdə «Alfa Sığorta»nın Müşahidə Şurasa yeni sədrin təyin olunacağı gözlənilir
# 07 iyul 2011 12:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanın «Alfa Sığorta» şirkəti Müşahidə Şurasının sədri vəzifəsinə yeni təyinatın olacağı gözlənilir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri İbrahim İbrahimov bildirib.

İ.İbrahimovun sözlərinə görə, şirkətin Müşahidə Şurasının sədri vəzifəsinə «Texnikabank» ASC-nin Müşahidə Şurasının heyətindən bir nəfərin namizədliyi irəli sürüləcəyi gözlənilir.

İ.İbrahimov bildirib ki, bütün bu kimi təyinatlar bir başa olaraq şirkətin təsisçisi olan «Texnikabank»ın səhmdarlarının qərarı ilə həyata keçirilir.

Xatırladaq ki, bir müddət əvvəl sığorta şirkətinin Müşahidə Şurasının sədri Xəyal Məmmədxanlı bu vəzifədən könüllü olaraq istefa verib.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin cari ilin yanvar-may aylarında topladığı sığorta haqlarının həcmi 1,547 mln. manat, sığorta ödənişləri isə 0,146 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR