Bank Of Baku

Azərbaycandakı xarici investorların vergi ödəyicisi kimi on-line qeydiyyatının təşkili təklif olunur

Azərbaycandakı xarici investorların vergi ödəyicisi kimi on-line qeydiyyatının təşkili təklif olunur
# 07 iyul 2011 12:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin on-line rejimdə qeydiyyata alınmasına başlanması ilə əlaqədar bu gün Bakıda keçirilən təqdimat mərasimində xarici auditor şirkətlərinin nümayəndələri bir sıra təkliflərlə çıxış ediblər.

«APA-Economics»in məlumatına görə, «PricewaterhouseCoopers» şirkətinin Bakı ofisinin baş vergi meneceri Arif Quliyev xarici şirkətlərin Azərbaycanda vergi qeydiyyatı sisteminin asanlaşdırılmasını təklif edib. Onun sözlərinə görə, bu addım ölkədə vergi ödəyicisi kimi qeydiyyatdan keçən xaricilərin sayını və onların büdcəyə ödəmələrini artıra bilər: «Bizim müştərilər arasında xarici vətəndaşlar var ki, Azərbaycan şirkətlərindəki payını satıb qazanc əldə edib, amma onların qeydiyyat şəhadətnaməsi olmadığına görə onu qeydiyyata ala bilmir və büdcə vergi ödənişləri itirir».

«Deloitte & Touche» şirkətinin Azərbaycandakı nümayəndəliyinin Vergi və hüquq Departamentinin rəhbəri Nuran Kərimov on-line qeydiyyatın əcnəbilərə də tətbiq olunmasını təklif edib: «İndiki vəziyyətdə bunu etmək çətin deyil və bu, nə qədər tez olarsa, bir o qədər yaxşıdır».

Bundan başqa N.Kərimov Azərbaycanda xarici şirkətlərin vergi qeydiyyatının sadələşdirilməsini, bunun üçün tələb olunan sənədlərin sayının azaldılmasını təklif edib: «Yəni, onların nizamnaməsi və s. tələb olunması artıqdır. Onsuz da böyük şirkətlər öz imicini nəzərə alaraq mənfi hallara yol verməkdən çəkinir. Azərbaycan mənbəyində yaranmış verginin ödəniş sisteminin sadələşdirilməsi ölkənin büdcəsinə vergi daxilolmalarını artıra bilər: «Belə olmadığına görə, xarici şirkətlər böyük vergiləri ödəmirlər».

Bundan başqa, «Deloitte & Touche»ın nümayəndəsi vergi qeydiyyatından çıxmanın da asanlaşdırılmasını vacib sayır: «Çünki investorlar Azərbaycana həmişəlik gəlmir. Onlar başqa ölkələrə də gedə bilməlidir və məncə, ləğvetmə prosesinin də asanlaşdırılması vacibdir».

Vergilər nazirinin I müavini Natiq Əmirov ləğvetmə prosesinin sadələşdirilməsinin Nazirliyin də diqqət mərkəzində olduğunu və bununla bağlı təkliflərin hazırlandığını bildirib: «Doğrudan da ləğvetmə prosesi aktual məsələdir. Biz bunu IFC ilə bir neçə dəfə müzakirə etmişik və bizim bununla bağlı təkliflərimiz var. Bu sahədə ciddi dəyişiklik olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR