Bank Of Baku

“Azərbaycana Sığorta Terminləri Lüğəti” təqdim olunub

“Azərbaycana Sığorta Terminləri Lüğəti” təqdim olunub
# 07 iyul 2011 13:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan Maliyyə Nazirliyi və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə ipoteka bazarı iştirakçılarının sığorta qanunvericiliyi və təcrübələri haqqında məlumatlarının artırılmasına kömək etmək məqsədilə “Azərbaycan Sığorta Terminləri Lüğəti”ni təqdim edib.

Korporasiyadan «APA-Economics»ə verilən məlumata görə, lüğət Maliyyə Nazirliyi, sığorta şirkətləri, Azərbaycan Sığortaçılar Assosiasiyası və IFC nümayəndələrindən təşkil olunmuş işçi qrupu tərəfindən hazırlanıb. Bura ipoteka borcalanları üçün müvafiq və lazım olan 100 sığorta termini daxil edilib.

IFC-nin Azərbaycanda İlkin İpoteka Bazarının İnkişafı Layihəsinin meneceri Viktor Mints bildirib ki, bu lüğət 2008 və 2009-cu illərdə dərc edilmiş İpoteka Borcalanları üçün Təlimatlardan sonra IFC-nin Azərbaycanda ipoteka borcalanların məlumatlılıq səviyyəsinin artırılması səylərinin davamıdır.

“Sığorta Terminləri Lüğəti”ndə bütün terminlər sadə dildə və müvafiq misallarla izah edildiyi üçün sığorta məhsullarından istifadə edən və maliyyə savadı olmayan sadə insanlara və ipoteka borcalanlara çox kömək olacaq. Bundan əlavə, lüğət Azərbaycan qanunvericiliyində və digər ölkələrin qanunvericiliyində, o cümlədən, beynəlxalq təşkilatların sənədlərində istifadə olunan sığorta terminlərini müqayisə etdiyi üçün sığorta eksperləri, hüquqşünaslar, tələbələr və bir çox digər peşəkarlar üçün faydalı olacaqdır,”- deyə V.Mints qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR