Bank Of Baku

«AzSığorta» bu il daxilolmalarını artırmaq niyyətindədir

«AzSığorta» bu il daxilolmalarını artırmaq niyyətindədir
# 07 iyul 2011 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin 2011-ci il ərzində 18 mln. manat həcmində sığorta haqqı toplayacağı proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, ötən il ərzində şirkətin topladığı sığorta haqları 16 mln. manat təşkil edib: «Bu il daxilolmaların 2 mln. manat (12,5%) artacağı gözlənilir. Bizim yığımların əsas hissəsini «Avtonəqliyyat vasitələrinin sığortası», «Yüklərin sığortası» və «Əmlakın yanğından və digər risklərdən sığortası» növləri üzrə daxilolmalar təşkil edir».

A.Babayev 2011-ci il ərzində şirkətin mənfəətində də artımın gözlənildiyini bildirib.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR