Bank Of Baku

«AXA-MBASK» şirkətinin bu il 12 mln. manat həcmində sığorta haqqı toplayacağı gözlənilir

«AXA-MBASK» şirkətinin bu il 12 mln. manat həcmində sığorta haqqı toplayacağı gözlənilir
# 07 iyul 2011 13:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «AXA-MBASK» sığorta şirkətinin 2011-ci il ərzində 12 mln. manat həcmində sığorta haqqı toplayacağı proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin üzvü Səlcuk Adıgözəl bildirib.

S.Adıgözəlin sözlərinə görə, artıq 2011-ci il üçün daxilolmalar üzrə verilən proqnozun 45%-dək hissəsi yanvar-iyun ayları ərzində icra olunub: «Yığımların strukturunda «Avtonəqliyyat vasitələrinin sığortası», «Əmlakın yanğından və digər risklərdən sığortası» və icbari sığorta növləri üstünlük təşkil edir».

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir yerli fiziki şəxs (49%) çıxış edir. Cari ilin yanvar-may aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,362 mln. manat, sığorta ödənişləri isə 1,182 mln. manat olub. Cari ilin iyulun 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR