Bank Of Baku

«Kapital Bank»da özünəxidmət sistemi yaradılıb

«Kapital Bank»da özünəxidmət sistemi yaradılıb
# 07 iyul 2011 14:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin Bakı şəhəri, Azadlıq prospekti,26 ünvanında gün ərzində 24 saat xidmət göstərən özünəxidmət mərkəzi açılıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, indi Bankın plastik kartına sahib olan hər bir müştəri bu imkandan istifadə edərək müstəqil şəkildə kommunal xidmətlərdən, mobil rabitədən istifadə üzrə ödənişlər apara, valyuta mübadiləsi edə, hesabını artıra və digər əməliyyatlar həyata keçirə bilər.

«Kapital Bank»ın özünəxidmət mərkəzi müştərilərə pul vəsaitlərini kartdan karta köçürmək, PİN-kodlarını dəyişmək, hesabdakı vəsaitdən müxtəlif ödənişlər aparmaq imkanı da verir. Özünəxidmət mərkəzində 2 adi və 2 «cash-in» tipli bankomat, 1 valyuta mübadiləsi və 2 məlumat köşkü quraşdırılıb.

Qeyd edək ki, 2011-ci ilin aprelin 1-nə «Kapital Bank»ın aktivləri 721,832 mln. manat, kredit portfeli 440,833 mln. manat, depozit portfeli 271,071 mln. manat, məcmu kapitalı 71,952 mln. manat təşkil edib.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «PAŞA Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR