Bank Of Baku

«ING Holding» Azərbaycanın sığorta bazarına maraq göstərir

«ING Holding» Azərbaycanın sığorta bazarına maraq göstərir
# 08 iyul 2011 08:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «ING Holding»in Türkiyədə fəaliyyət göstərən «ING Emeklilik» şirkəti Azərbaycanı investisiya yatırmaq baxımından çox cəlbedici ölkə hesab edir. «APA-Economics»in xəbərinə görə, bunu «ING Emeklilik» şirkətinin direktoru Jetse de Vries iyulun 7-8-də Bakıda keçirilən II Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda həyat sığortasının ÜDM-də payı az olsa da, bu bazarın böyük potensial mövcuddur: «Biz Azərbaycan bazarına əsasən həyat sığortası və özəl pensiya fondlarının yaradılması baxımından maraq göstəririk. Daha sonra Azərbaycanda broker şirkətləri ilə əməkdaşlıq etmək niyyətindəyik».

Jetse de Vriesin sözlərinə görə, Azərbaycanda broker şirkətlərinin sayı o qədər də çox deyil: «Sığorta bazarının inkişafı üçün ölkədə broker şirkətləri, broker və agentlərin sayı artmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR