Bank Of Baku

“DəmirBank” “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” aksiyasının müddətini uzadıb

“DəmirBank” “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” aksiyasının müddətini uzadıb
# 08 iyul 2011 08:38 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın “DəmirBank” ASC təcili pul köçürmə xidmətləri üzrə “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyasının müddətini ilin sonunadək uzadıb.

Bankdan “APA-ECONOMICS”ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən Bankın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

“DəmirBank” pul köçürmə xidmətləri üzrə müxtəlif kampaniyalar həyata keçirir. Pul köçürmələri üzrə uduş kampaniyası çərçivəsində “DəmirBank”ın 48 müştərisi müxtəlif məbləğlərdə pul vəsaitləri qazanıb, növbəti 3 ayda isə daha 48 qalib müəyyən olunacaq. Bu kampaniyalar müştəri məmnunluğunun yüksəldilməsinə xidmət edir” - deyə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank “Western Union”, “Bıstraya Poçta”, “Contact”, “Zolotaya Korona”, “Coinstar”, “Blizko”, “PrivatMoney” sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. “DəmirBank” özünün “Şimşək” sistemi ilə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri də göstərir.

“DəmirBank”ın istənilən filialında ən azı 300 AZN / USD / EUR və ya 9000 RUR məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir. Hər ay 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat qazanır.

Qeyd edək ki, Azərbaycanın ilk banklarından olan “DəmirBank” (əvvəlki adı “Azərdəmiryolbank”) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” ölkədə ən geniş filial şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda 29 filialı fəaliyyət göstərir ki, bunlardan 13-ü Bakı şəhərində, 16-sı isə ölkənin digər regionlarında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR