Bank Of Baku

Yaxın vaxtlarda Azərbaycanda yeni həyat sığortası şirkəti fəaliyyətə başlaya bilər

Yaxın vaxtlarda Azərbaycanda yeni həyat sığortası şirkəti fəaliyyətə başlaya bilər
# 08 iyul 2011 08:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi yaxın vaxtlarda yeni yaradılmış «Standard Həyat» sığorta şirkətinə lisenziya verə bilər. Bunu «APA-Economics»ə açıqlamasında «Standard Insurance» şirkəti İdarə Heyətinin sədri Kamal İbrahimov bildirib.

K.İbrahimovun sözlərinə görə, şirkətin təsis və digər sənədləri artıq Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə təqdim olunub: «Yeni şirkətin fəaliyyətə başlaması üçün yalnız lisenziyanın alınması qalıb ki, bu da nazirlikdən asılı olan məsələdir. Ümid edirik ki, lisenziya yaxın vaxtlarda veriləcək».

Qeyd edək ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Həyat» sığorta şirkətinin nizamnamə kapitalı 5 mln. manat təşkil edir.

Xatırladaq ki, hazırda Azərbaycanın həyat sığortası bazarında 3 şirkət – «PAŞA Həyat», «Atəşgah Həyat» və «Qala Həyat» şirkətləri fəaliyyət göstərir.

Təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Insurance» şirkəti 2002-ci ilin oktyabrından fəaliyyət göstərir. Şirkətin Bakıda və regionda iki nümayəndəliyi mövcuddur. Bundan başqa, şirkətin Tiflisdə (Gürcüstan) «Standard Insurance Georgia» adlı bir törəmə müəssisəsi fəaliyyət göstərir. Hazırda şirkət 5 icbari və 24 növ könüllü sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR