Bank Of Baku

«Meqa Sığorta» şirkəti fəaliyyətini aktivləşdirməyə hazırlaşır

«Meqa Sığorta» şirkəti fəaliyyətini aktivləşdirməyə hazırlaşır
# 08 iyul 2011 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Meqa Sığorta» şirkətinin 2011-si il ərzində 700 min manata yaxın sığorta haqqı toplayacağı proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamanda şirkətin İdarə Heyətinin sədri Əfqan Murtuzayev bildirib.

Ə.Murtuzayevin sözlərinə görə, təkcə bu ilin yanvar-iyun aylarında şirkətin daxilolmaları 45 min manat, ödənişləri isə 20 min manatdan çox olub: «Yalnız bir sığorta növü - «Avtonqliyyat vasitələrinin sığortası» növü üzrə şirkət tərəfindən 18 min manata yaxın ödəniş həyata keçirilib».

Ə.Murtuzayev bildirib ki, şirkətin yeni hazırlanan strateji planına əsasən, qarşıdakı yarımillik ərzində hər ay təxminən 100 min manat həcmində sığorta haqlarının yığılması gözlənilir: «Burada əsas yığımlar fərdi müştərilər üzrə «Avtonəqliyyat vasitələrinin sığortası», «Əmlakın yanğından və digər risklərdən sığortası» növülərindən olacağı gözlənilir. Ümumiyyətlə, strategiyada şirkətin sığorta portfelinin əsas hissənin fərdi müştərilər hesabına formalaşması əsas istiqamətlərdən biridir. Korporativ müştərilərlə də işləyəcəyik, lakin risklərin bölüşdürülməsi baxımından, daha çox fiziki şəxslərə üstünlük veriləcək».

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 1998-ci ildən «Naxçıvan Sığorta» şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi «BE&G», 2010-cu ildə isə «Meqa Sığorta»ya dəyişdirilib. Şirkət müştərilərə 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR