Bank Of Baku

«Başak İnam» sığorta şirkəti on-line satışa başlayır

«Başak İnam» sığorta şirkəti on-line satışa başlayır
# 08 iyul 2011 14:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Başak İnam» sığorta şirkəti xidmətlərin avtomatlaşdırılması məqsədilə proqram təminatının tətbiqini ilin sonuna kimi başa çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Orxan Həsənov bildirib.

O.Həsənovun sözlərinə görə, bu işlər başa çatdıqdan sonra şirkət sığorta müqavilələrini on-line rejimdə satmaq imkanı əldə edəcək: «Burada sığorta şəhadətnamələri şirkətin mütəxəssisləri tərəfindən deyil, birbaşa sayt üzərindən - on-line rejimdə hazırlanacaq. Proqramda tarix, sığorta tarifi və sığorta riskləri avtomatik olaraq hesablanacaq. Eyni zamanda müştəri sığorta haqlarını da bu proqram vasitəsi ilə ödəyə biləcək».

O.Həsənov bildirib ki, sığorta bazarında aktuari tam gücü ilə işlədikdə bu cür, yəni on-line satış sistemi şirkətin müştəri bazasını artırmaq üçün geniş imkanlar yaradır: «Əksinə, bazarda hesablanmamış tariflər mövcud olduqda sistem şirkətə zərər gətirir. Misal olaraq qeyd edim ki, on-line sistemdə proqram sığorta məhsulunu müəyyən bir məbləğdə hesablayırsa, həmçinin bazarda bu məhsul həmin məbləğdən aşağı qiymətə olduğu halda, sığorta müqaviləsinə manual müdaxilələr edilir. Bu isə sistemin zərərli tərəfindən biridir.

O.Həsənov qeyd edib ki, bu proqram təminatının Türkiyədə qiyməti 1 mln. dollar təşkil edir. Lakin bu proqramın tətbiqi «Başak İnam» sığorta şirkətinin türkiyəli ortağı «Groupama Sigorta A.Ş» sayəsində 200 min manata başa gələcək.

Qeyd edək ki, səhmdarları Fransanın «Groupama» (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» bank olmayan kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə şirkətin nizamnamə kapitalının həcmi 3,2 mln. manat təşkil edir. Şirkət müştərilərə 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR