Bank Of Baku

Azərbaycan sığorta bazarı üzrə aparılan araşdırmanın nəticələri gələn ay açıqlanacaq

Azərbaycan sığorta bazarı üzrə aparılan araşdırmanın nəticələri gələn ay açıqlanacaq
# 08 iyul 2011 14:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə ölkədə sığorta bazarında aparılan marketinqi araşdırmasınnın nəticələri avqust ayında açıqlanacaq. «APA-Economics»in məlumatına görə, bunu Xidmətin rəisi vəzifəsini icra edən Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, bu marketinq araşdırmasının əsas məqsədi ölkədə sığorta bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri və gələcəkdə bazarda yarana biləcək problemlərin qarşısının alınmasıdır.

N.Xəlilov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri bu araşdırmanın nəticələrindən öz marketinq siyasətində istifadə edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR